Avqustun 28-də Azərbaycanın üç cüdoçusu Tokio Paralimpiya oyunlarının final mərhələsinə vəsiqə qazanıb.
YeniAvropa xəbər verir ki, ilkin olaraq kişilər arasında (81 kiloqram) çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz Hüseyn Rəhimli yarımfinalda koreyalı rəqibi Liiyə qalib gələrək finala vəsiqə qazanıb. Buna qədər isə paracüdoçumuz ilk görüşündə britaniyalı Daniel Pouelə üstün gəlib.
Sonra qadınlar arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz Sevda Vəliyeva yarımfinalda türkiyəli rəqibi Zeynep Çeliyə qalib gələrək finala çıxıb. Bu görüşdən əvvəl o, qazaxıstanlı rəqibini məğlub edib.
Eyni zamanda, qadınlar arasında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz Xanım Hüseynova yarımfinalda çinli rəqibi Yue Vanga qalib gələrək finala vəsiqə qazanıb. Bundan əvvəl isə o, yapon rəqibi üzərində qələbəyə nail olub.