logo

Azərbaycanda daha 4203 nəfər koronavirusa yoluxdu, 35 nəfər öldü

17:33 27-08-2021 | icon 2814
Azərbaycanda daha 4203 nəfər koronavirusa yoluxdu, 35 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 4203 yoluxma faktı qeydə alınıb, 1724 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 409 min 745 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 354 min 864 nəfər müalicə olunaraq sağalıb, 5 min 469 nəfər vəfat edib. Aktiv xəstə sayı 49 min 412 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 min 136, bu günə qədər isə ümumilikdə 4 milyon 395 min 646 test icra olunub.