logo

Azərbaycanda daha 3714 nəfər koronavirusa yoluxdu, 31 nəfər öldü

15:59 26-08-2021 | icon 2786
Azərbaycanda daha 3714 nəfər koronavirusa yoluxdu, 31 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3714 yoluxma faktı qeydə alınıb, 2470 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 405 min 542 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 353 min 140 nəfər müalicə olunaraq sağalıb, 5 min 434 nəfər vəfat edib. Aktiv xəstə sayı 46 min 968 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 min 247, bu günə qədər isə ümumilikdə 4 milyon 379 min 510 test icra olunub.