Koronavirus xəstəsi nədən Göyçay Xəstəxanasından çıxarılıb?
Göyçay rayon Mərkəzi Xəstəxanası sosial şəbəkələrdə xəstəxanadan yeni əməliyyat olunan xəstənin məcburi çıxarılması ilə bağlı yayılan iddialara cavab verib.
YeniAvropa xəbər verir ki, xəstəxananın direktor müavini Ləman Hacıyeva yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.
“Avqustun 18-də Göyçay rayon Qaraməryəm kənd sakini, 1967-ci il təvəllüdlü Mehdiyev Elxan Qəbil oğlu “mədə xorasının deşilməsi” diaqnozu ilə xəstəxanaya qəbul edilib və təcili olduğu üçün dərhal əməliyyata götürülüb. Xəstəxanaya qəbul olunarkən xəstədən COVID-19 virusu ilə bağlı analiz götürülüb və labaratoriyaya göndərilib.
Avqustun 23-də xəstənin analizlərinin cavabı pozitiv çıxdığı üçün o Gəncə modul tipli pandemiya xəstəxanasına yazılıb. Xəstənin Gəncə modul tipli Xəstəxanaya köçürülməsi üçün tibbi heyət və təcili yardım avtomobili ayırsaq da, xəstənin oğlu Qəbilzadə Qərib Elxan oğlu buna etiraz edərək atasını ev şəraitində müalicə edəcəyini bildirdi. Qərib Qəbilzadə bununla bağlı rəsmi imtina ərizəsi yazaraq xəstəni evlərinə apardı. Biz xəstənin oğlu və yaxınlarına izah etdik ki, əməliyyatdan çıxan xəstənin hazırki vəziyyətinə görə stasionar müalicə almaslı məqsədəuyğundur. Onlar isə buna məhəl qoymadı və avqustun 23-də səhər saatlarında xəstəni evlərinə apardılar. Hadisədən bir neçə saat sonra yaxınları xəstəni xəstəxanaya gətirdilər və məcburi halda xəstəni Göyçay Mərkəzi Xəstəxanasına yerləşdirməyimizi tələb etdilər. Biz isə xəstədə COVID-19 virusu aşkarlandığı üçün onu qəbul edə bilmədik. Yenidən onlara izah olundu ki, bu xəstə Gəncə modul tipli xəstəxanaya yerləşdirilməlidir. Xəstənin yaxınları isə hay-küy salaraq xəstəni bu xəstəxanaya yerləşdirəcəklərini dedilər”.
L. Hacıyeva bildirib ki, xəstə bu səbəbdən xəstəxanaya qəbul edilməyib və yenidən Gəncə modul tipli xəstəxanaya yazılıb: “Bizim xəstəxanada müxtəlif xəstəliklərdən stasionar müalicədə olan xəstələr var. Onların təhlükəsizliyi üçün COVID - 19 xəstələrini qəbul etməyə ixtiyarımız yoxdur. Ölkədə COVID xəstələri üçün kifayət qədər xəstəxanalar ayrılıb və xəstəliyə uyğun müalicə prosedurları aparılır. Ona görə də bu tip xəstələri bizim qəbul etməyimiz qadağandır. Xəstənin yaxınları isə bunu dərk etmir, öz rahatklıqları üçün xəstəxanadakı digər xəstələrin həyatını təhlükəyə atmağa cəhd ediblər”.
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir
FIFA referimiz UEFA Gənclər Liqasının matçını idarə edəcək
Azərbaycan nefti 75,60 dollara satılır
Hindistandan Almaniyaya uçan təyyarə Bakıya təcili eniş edib
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib