“Yeni Klinika” tibb mərkəzində yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə canlı növbə əsasında peyvəndlənmə ləğv edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, son günlər virusa yoluxma sayında artımın müşahidə edilməsi, eyni zamanda canlı növbələr zamanı yaranan sıxlıq nəzərə alınaraq avqustun 26-dan etibarən canlı növbə randevu sistemi ilə əvəz ediləcək.
Məlumata əsasən, vətəndaşlar avqustun 26-da randevu.its.gov.az saytına daxil olaraq öncədən qeydiyyatdan keçməklə "Yeni Klinika” tibb mərkəzində peyvənd olunmaq üçün (“Coronovac” və “Pfizer”) növbə götürə bilərlər. Vətəndaşların qeyd olunanları nəzərə alaraq peyvənd olunmaq üçün yalnız randevu.its.gov.az saytından növbə götürərək tibb müəssisəsinə müraciət etmələri xahiş olunur.