logo

Azərbaycanda daha 3794 nəfər koronavirusa yoluxdu, 33 nəfər öldü

16:56 25-08-2021 | icon 2779
Azərbaycanda daha 3794 nəfər koronavirusa yoluxdu, 33 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3794 yoluxma faktı qeydə alınıb, 2216 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 401 min 828 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 350 min 670 nəfər müalicə olunaraq sağalıb, 5 min 403 nəfər vəfat edib. Aktiv xəstə sayı 45 min 755 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 min 835, bu günə qədər isə ümumilikdə 4 milyon 362 min 263 test icra olunub.