logo

Azərbaycanda COVİD-19-a qarşı 3-cü doza vaksinin tətbiqinə başlanıldı

09:49 24-08-2021 | icon 2940
Azərbaycanda COVİD-19-a qarşı 3-cü doza vaksinin tətbiqinə başlanıldı

İki doza vaksin qəbul edənlər altı aydan sonra üçüncü dozanı da qəbul edə bilərlər.

YeniAvropa xəbər verir ki, bu barədə baş infeksionist Təyyar Eyvazov "Xezerxeber"ə bildirib.Onun sözlərinə görə, ilk dozalardan əldə edilən immunitetin daha uzunmüddətli olması məqsədilə dünya təcrübəsi əsasında üçüncü dozanın tətbiqinə başlanıb.

Ölkəmizdə də ilkin mərhələdə bir sıra kateqoriyadan olan insanların üçüncü doza vaksin qəbul etmələri vacib sayılır. Xroniki xəstəlikləri olan və yaşlı insanların üçüncü doza vaksini vurdurmaları tövsiyə olunandır.

Baş infeksionist bildirib ki, 3-cü doza vaksinin hansı firmanın istehsalı olmasında heç bir məhdudiyyət yoxdur. Vətəndaşlar istədikləri firmanın vaksinini vurdura bilərlər.

O vurğulayıb ki, peyvəndlərin təhlükəsizliyi ilə əlaqədar narahatlığa əsas yoxdur.