Avqustun 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 348 vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 279, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 69 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 6 milyon 170 min 724-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 3 milyon 713 min 422, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyon 457 min 302 nəfərdir.