logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 457 min nəfəri ötüb

17:47 22-08-2021 | icon 2576
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 457 min nəfəri ötüb

Avqustun 22-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 60 min 191 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 45 min 649, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 14 min 542 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 6 milyon 170 min 376-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 3 milyon 713 min 143, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyon 457 min 233 nəfərdir.