Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3968 yoluxma faktı qeydə alınıb, 1151 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 384 min 886 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 343 min 407 nəfər müalicə olunaraq sağalıb, 5 min 252 nəfər vəfat edib. Aktiv xəstə sayı 36 min 227 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 min 215, bu günə qədər isə ümumilikdə 4 milyon 285 min 883 test icra olunub.