“Azərbaycanda pandemiya ilə mübarizə davam edir. Ölkəmizdə maliyyə və digər tərəfdən nə mümkündürsə, hamısı edilib”.
YeniAvropa xəbər verir ki, bunu prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda xəstəxanalarda 10 mindən çox yatağımız var: “Hər şey öz əlimizdədir. Hamımız vaksinasiyadan keçməliyik. Bundan sonra isə pandemiyaya son qoyulacaq. Kim COVID-19 pasportu əldə edibsə, onun üçün hər hansı bir məhdudiyyət yoxdur".
Ş.Mövsümov həmçinin bildirib ki, Azərbaycanda vaksinasiyanın icbari olması ilə bağlı hər hansı bir tələb nəzərdə tutulmayıb: "Ancaq bir çox sahələr var ki, orada vaksinasiya icbaridir. Məsələn, həkimlərin qırmızı zonada olmasına görə orada icbarilik var".