logo

Operativ Qərargah yoluxmaların kəskin artması ilə bağlı brifinq keçirir

11:10 20-08-2021 | icon 2779
Operativ Qərargah yoluxmaların kəskin artması ilə bağlı brifinq keçirir

Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda son günlər koronavirusa yoluxma hallarının yenidən kəskin artması ilə bağlı yaranmış vəziyyətə görə brifinq keçirir.

 YeniAvropa xəbər verir ki, brifinqdə TƏBİB nümayəndəsi Yaqut Qarayeva və prezidentin köməkçisi Şahmar Mövsümov iştirak edirlər.

Yaqut Qarayeva yoluxmanın dünyanın əksər ölkələri ilə yanaşı Azərbaycanda da kəskin artdığını qeyd edib, nəticədə ölkənin səhiyyə sistemi üçün yüklənmənin də artdığını vurğulayıb. Onun sözlərinə görə, yoluxma əmsalı hazırda 23 faizdir.