Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3614 yoluxma faktı qeydə alınıb, 1114 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 380 min 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 342 min 256 nəfər müalicə olunaraq sağalıb, 5 min 231 nəfər vəfat edib. Aktiv xəstə sayı 33 min 431 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 786, bu günə qədər isə ümumilikdə 4 milyon 268 min 668 test icra olunub.