logo

Azərbaycanda əhalinin 34 faizi COVID-19 əleyhinə peyvənd olunub

15:15 19-08-2021 | icon 2457
Azərbaycanda əhalinin 34 faizi COVID-19 əleyhinə peyvənd olunub

Azərbaycanda əhalinin 34 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib.

YeniAvropa xəbər verir ki, bu barədə məlumat "koronavirusinfo.az" saytında yerləşdirilib. 

Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 932 min 734-ə bərabərdir. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 526 min 467, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 406 min 267 nəfərdir. Ölkəmizdə vaksinasiya zamanı “CoronaVac”, “Vaxzevria”, “Sputnic V”, “Pfizer” peyvəndləri istifadə olunur.