logo

Azərbaycanda daha 3322 nəfər koronavirusa yoluxdu,18 nəfər öldü

16:46 17-08-2021 | icon 2478
Azərbaycanda daha 3322 nəfər koronavirusa yoluxdu,18 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3322 yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 373 min 175 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 340 min 174 nəfər müalicə olunaraq sağalıb, 5 min 188 nəfər vəfat edib. Aktiv xəstə sayı 27 min 813 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 7, bu günə qədər isə ümumilikdə 4 milyon 235 min 141 test icra olunub.