logo

Azərbaycanda daha 1851 nəfər koronavirusa yoluxdu,17 nəfər öldü

16:32 16-08-2021 | icon 2653
Azərbaycanda daha 1851 nəfər koronavirusa yoluxdu,17 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1851 yoluxma faktı qeydə alınıb, 402 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 369 min 853 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 339 min 327 nəfər müalicə olunaraq sağalıb, 5 min 170 nəfər vəfat edib. Aktiv xəstə sayı 25 min 356 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 695, bu günə qədər isə ümumilikdə 4 milyon 220 min 135 test icra olunub.