logo

Azərbaycanda daha 2993 nəfər koronavirusa yoluxdu, 15 nəfər öldü

19:15 15-08-2021 | icon 2786
Azərbaycanda daha 2993 nəfər koronavirusa yoluxdu, 15 nəfər öldü

Son sutka ərzində Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 2993 yoluxma faktı qeydə alınıb, 646 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 368 min 2 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 338 min 925 nəfər müalicə olunaraq sağalıb, 5153 nəfər vəfat edib. Aktiv xəstə sayı 23 min 924 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 376, bu günə qədər isə ümumilikdə 4 milyon 210 min 440 test icra olunub.