logo

Türkiyədə Rusiyanın yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb

16:06 14-08-2021 | icon 2597
Türkiyədə Rusiyanın yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb

Türkiyənin Kahramanmaraş vilayətində meşə yanğınlarının söndürülməsində iştirak edən təyyarə qəzaya uğrayıb.

YeniAvropa Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, hadisə Kahramanmaraşın Bertiz bölgəsində baş verib.

Türkiyənin Kahramanmaraş şəhərində Rusiyadan icarəyə götürülmüş "Be-200" "Amfibiya" təyyarəsi qəzaya uğrayıb. 

“NTV” bildirir ki, təyyarə meşə yanğınlarının söndürülməsi tədbirləri zamanı qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində səkkiz ekipaj üzvü olub. 

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, təyyarədə beş Rusiya, üç Türkiyə vətəndaşı olub. 

Qeyd olunub ki, qəzadan xilas olan olmayıb. Hazırda əraziyə axtarış-xilasetmə qrupu cəlb edilib.