logo

Bu gündən Gürcüstanda karantin qadağaları yenidən sərtləşdirilir

12:44 14-08-2021 | icon 2492
Bu gündən Gürcüstanda karantin qadağaları yenidən sərtləşdirilir

Avqustun 14-dən Gürcüstanda koronavirusla əlaqədar bir sıra məhdudiyyətlər tətbiq olunur.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Gürcüstanın Dövlət İdarələrarası Koordinasiya Şurası bununla bağlı qərar qəbul edib.

Qərara əsasən, bu gündən şəhərlərarası ictimai nəqliyyat istisna olmaqla, ölkə ərazisində şəhərdaxili ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Ərzaq mağazaları saat 00:00-dək deyil, saat 23:00-dək işləyəcək.

Tbilisidə bələdiyyə avtobusları və metro, həmçinin mikroavtobuslar və kanat yolları xidmət göstərməyəcək.

Bundan başqa, açıq və qapalı yerlərdə, ictimai nəqliyyatda, dayanacaqlarda, bazarlarda və s. 5 və ya daha çox şəxsin toplaşdığı məkanlarda tibbi maska taxmaq məcburi olacaq.

Festivallar, kütləvi tədbirlər (toylar), konsertlər və idman yarışları da bu gündən qadağan edilir, uşaq əyləncə mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılır.

Qadağalar sentyabrın 4-dək qüvvədə olacaq.