logo

BMT-nin baş katibi: Əfqanıstanda vəziyyət nəzarətdən çıxır

09:14 14-08-2021 | icon 2380
BMT-nin baş katibi: Əfqanıstanda vəziyyət nəzarətdən çıxır

BMT-nin baş katibi Antoniu Quterreş Əfqanıstandakı vəziyyətlə bağlı bəyanatla çıxış edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, baş katib bəyanatında bildirib ki, Əfqanıstanda vəziyyət nəzarətdən çıxır. Təkcə ötən ay hərbi əməliyyatlar nəticəsində mindən çox adamın ölüb və ya yaralanıb, 241 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Onun sözlərinə görə, ölkədə xəstəxanalar dolub, yemək və dərman çatışmazlığı mövcuddur, körpülər, yollar və məktəblər dağıdılıb.