Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1101 yoluxma faktı qeydə alınıb, 311 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 352 min 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 min 336 nəfər müalicə olunaraq sağalıb, 5 min 72 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 min 518 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 947, bu günə qədər isə ümumilikdə 4 milyon 123 min 715 test icra olunub.