logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 258 min nəfərə çatıb

20:30 08-08-2021 | icon 2940
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 258 min nəfərə çatıb

Avqustun 8-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 47 min 475 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 30 min 972 ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 16 min 503 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5 milyon 418 min 243-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 3 milyon 160 min 484 ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyon 257 min 759 nəfərdir.