logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 241 min nəfəri ötüb

17:18 07-08-2021 | icon 3304
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 241 min nəfəri ötüb

Avqustun 7-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 59 min 649 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 38 min 211, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 21 min 438 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5 milyon 370 min 768-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 3 milyon 129 min 512, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyon 241 min 256 nəfərdir.