Dekabrın 25-də keçirilməsi nəzərdə tutulan Azərbaycan-İran iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının on ikinci iclası təxirə salınıb. YeniAvropa İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, iclasın 2018-ci il yanvarın ortalarında keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, sözügedən iclasın İranın Astara şəhərində keçirilməsi nəzərdə tutulurdu.
Bundan başqa, Astara (Azərbaycan) – Astara (İran) dəmir yolunun və yük terminalının açılış mərasimi də 2018-c ilədək təxirə salınıb.