logo

“Cənub Qaz Dəhlizi"nə artıq 25 milyard dollar xərclənib

14:42 23-12-2017 | icon 2681
“Cənub Qaz Dəhlizi"nə artıq 25 milyard dollar xərclənib

“Cənub Qaz Dəhlizi layihəsinin işə salınması üçün 44-45 milyard dollar lazımdır. Bu vəsaitin 25 milyard dolları artıq xərclənib”.

YeniAvropa-nın məlumatına görə, bunu Bakıda Yeni Azərbaycan Partiyası tərəfindən təkil olunan “Şərqlə Qərbin qovşağında-Yeni enerji və kommunikasiya imkanları” adlı konfransda SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, bu layihə üzrə işlərin böyük hissəsi artıq görülüb. “2018-ci ildə TANAP, 2019-cu ildə isə TAP layihəsi hazır olacaq. Azərbaycan bu borular vasitəsi ilə Avropanı qazla təmin edəcək. Hərdən belə fikirlər səsləndirilir ki, bizdə o qədər həcmdə qaz olacaqmı? Biz bu boru xəttini doldura biləcəyikmi? Hər çıxışında Prezident İlham Əliyev də təsdiq edir ki, Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları həcmi 2,6 trilyon kubmetrdir. Təsdiq olunmamış qaz ehtiyatları və perspektivlərlə birlikdə 6 trilyon kubmetr qaz var. Odur ki, bizim bu kəmərləri doldurmağa qazımız olacaq. İran və Rusiyanın da gələcəkdə bu boru kəmərlərinə qoşulmaqla bağlı söhbətlər var. Bu ölkələr bu layihələrə qoşulmasalar belə, bizim öz qazımız bu kəmərləri doldurmağa çatacaq.

Bizim böyük "Şahdəniz" qaz yatağımız var. Bu yataqa 1 trilyon 200 milyard kubmetr qaz, 240 milyon kondensat mövcuddur. Belə bir yataq dünyada açıq dənizdə demək olar ki, yoxdur. Odur ki, bizim "Şahdəniz" yatağımız kifayətdir ki, bu boruları qazla təmin eləsin. Bundan başqa, Azərbaycan öz gücü ilə Abşeronda qaz yataqları kəşf edib. Bu yataqlarda da qazın həcmi az deyil. "Ümid" yatağında 200 milyon kubmetr qaz, 40 milyon ton kondensat var. "Abşeron" yatağında 350 milyard qaz var, 70 milyard kubmetr qaz var. Bizim öz ehtiyatlarımızı da bu rəqəmlərin üzərinə gələndə bizim 100 ilə çatacaq qazımız var”.