TANAP-la Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün işlərin 96 faizi görülüb
Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün işlərin 96 faizi icra olunub.
Bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.
TANAP-ın baş direktoru qeyd edib ki, layihə üzrə Faza-0, yəni 2018-ci ilin ortalarında Türkiyəyə ilk təbii qazın verilməsi üçün görüləcək işlərin 96 faizi tamamlanıb. Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün nəzərdə tutulan işlərin isə 73 faizi icra edilib.
“TANAP-ın inşası çərçivəsində layihənin idarəetmə komandaları və podratçılar da daxil olmaqla hazırda tikinti sahələrində təxminən 9 min 200-dək işçi çalışır”, - deyə Saltuk Düzyol bildirib.
Xatırladaq ki, Faza-0 çərçivəsində TANAP-la Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün 56 düymlük 1350 kilometr uzunluğundakı boru kəmərinin inşası mexaniki olaraq tamamlanıb. Türkiyəyə ilk təbii qazın verilməsi üçün boru kəməri marşrutu üzrə xəndəyin qazılması, boruların düzülməsi və qaynaq işləri artıq yekunlaşıb. Faza-0 üzrə blok klapan və pig stansiyaları, eləcə də “Telecom-SCADA” binalarının inşası tamamlanıb. İnşası aparılan 2 ədəd ölçmə stansiyası (MS1 və MS2) bu ayın sonunda təbii qazı qəbul etməyə hazır olacaq.
Gələn ilin yanvar ayı ərzində isə genişləndirilən Cənubi Qafqaz Boru Kəmərindən (CQBKG) TANAP-a sınaq və istismara hazırlıq məqsədilə ilk qaz qəbul edilməyə başlanacaq. Sınaq və istismara hazırlıq üzrə təbii qazın qəbulu gələn il iyun ayının sonuna qədər davam edəcək. Türkiyəyə kommersiya məqsədilə ilk təbii qaz 2018-ci il iyulun 1-də veriləcək.
Faza-0 üzrə tikinti işləri Türkiyə-Gürcüstan sərhədindən başlayaraq Əskişəhərə qədər uzanan marşrut boyunca həyata keçirilir. 2018-ci il iyun ayının sonuna qədər Faza-0 çərçivəsində işlərin tamamlanması və “Botaş” şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan təbii qazının verilməsi planlaşdırılır. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində isə bu həcm 6 milyard kubmetrə çatdırılacaq.
Həmçinin TANAP-ın Dardanel boğazından keçən 36 düymlük 18 kilometr uzunluğundakı qoşa boru kəməri və fiber optik kabelin dəniz altına döşənməsi işləri də artıq tamamlanıb. Hazırda boru kəmərinin üzəri örtülərək mühafizə olunur. Boru kəmərinin quruya çıxdığı hər iki sahildə isə bərpa işləri görülür.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və oradan da Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. Layihə iki fazada həyata keçirilir. Bu vaxtadək layihənin ümumilikdə 88 faizədək hissəsi icra edilib.
TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihənin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. Lakin layihənin ilkin qiymətləndirilməsində bu rəqəm 11,7 milyard dollar idi. Bu da o deməkdir ki, layihənin icrası çərçivəsində indiyədək təxminən 3,8 milyard dollara qənaət edilib. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.
İlin əvvəlindən 6 tondan çox narkotika müsadirə edilib
Azərbaycan-Gürcüstan səhiyyə əməkdaşlığı müzakirə olunub
Ermənistana görə Azərbaycan müdafiə xərclərini artırır-Samir Şərifov
Paşinyan bir sıra məmurları vəzifəsindən uzaqlaşdırıb
Almaniya ABŞ-ın Rusiya ərazisinə zərbə endirmək barədə qərarını dəstəkləyib
Cari ildə Azərbaycan Avropaya 10,6 milyard m3 qaz satıb
Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi müzakirə edilir
İlham Əliyev Rusiyanın maliyyə naziri ilə görüşüb
Azərbaycanda cari ilidə 41,5 milyard m3 qaz hasil edilib
BMT-nin baş katibi "G20" ölkələrini "COP29"u dəstəkləməyə çağırıb
11 ölkə "COP29"a ikiillik şəffaflıq hesabatını təqdim edib
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək