logo

Serbiya ilin sonunadək Azərbaycana olan bütün borclarını ödəyəcək

20:55 04-12-2020 | icon 2457
Serbiya ilin sonunadək Azərbaycana olan bütün borclarını ödəyəcək

Serbiya hökuməti Azərbaycana olan bütün dövlət borcunu ödəməyi planlaşdırır.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç məlumat verib.

Prezident bildirib ki, bu ilin sonuna qədər yol tikintisi üçün Azərbaycandan alınan kredit borcunu tamamilə qaytarmağı düşünürlər.

Aleksandr Vuçiç deyib ki,kredit borcunun ümumi həcmi 300 milyon avro dəyərində olub və artıq məbləğin müəyyən hissəsi ödənib. Qalan kredit borcu isə 170 milyon avro dəyərindədir.

Bununla belə, 2011-ci ildən 4 faizlik şərtlərlə götürülən kreditin tamamilə ödənilməsi hökumət üçün daha məqbul hesab edilir.

Prezident onu da bildirib ki, bu borc ödəndikdən sonra Serbiyanın xarici borcu ümumi daxili məhsulun 58,5 faizinədk azalacaq.