logo

OPEC neft hasilatının azaldılması üzrə strategiya plan hazırlayır

17:28 21-12-2017 | icon 2534
OPEC neft hasilatının azaldılması üzrə strategiya plan hazırlayır

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) 2018-ci ildən sonrakı dövr üçün neft hasilatının azaldılması üzrə strategiya planı üzərində işləyir. YeniAvropa xəbər verir ki, bu barədə OPEC-dəki mənbə bildirib. Qeyd edilir ki, OPEC-in baş qərargahına neft hasilatının azaldılması üzrə müxtəlif variantlı strategiya planı hazırlamaq tapşırılıb və planın məzmununun hələlik açıqlanmır.

Mənbələr planın bir nəticəli olmadığını, davamlılığı nəzərdə tutduğunu qeyd edib.

Xatırladaq ki, bu il noyabrın 30-da Vyanada baş tutan OPEC Nazirlər Şurasının 173-cü və OPEC+ ölkələrin 3-cü iclasları çərçivəsində neft hasilatının azaldılmasına dair sazişin müddətinin daha 9 ay - 2018-ci ilin sonunadək uzadılması barədə qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

Cari il mayın 25-də isə OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC dövlətləri arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunmuşdu.