Azərbaycan neftinin qiyməti bahalaşır.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,56 dollar artaraq 39,31 dollar təşkil edib.
Qeyd edək ki, “qara qızıl”ın qiymətləri ABŞ-dakı prezident seçkiləri fonunda dolların zəifləməsi, eləcə də “OPEC+”un hasilat məhdudiyyətlərini artırmaqla bağlı planını təxirə saldığına dair bazar gözləntiləri ilə bahalaşır.