logo

Müharibə vəziyyətinə görə 20-dək rayonda tədris dayandırılıb

11:08 30-10-2020 | icon 10024
Müharibə vəziyyətinə görə 20-dək rayonda tədris dayandırılıb

Respublikanın 20-yə yaxın bölgəsində tədris müharibə vəziyyətinə görə dayandırılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da keçirilən brifinqdə məlumat verib.

Nazir həmçinin, qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı təcavüzü, müxtəlif şəhər və rayonlara raket zərbələri endirməsi nəticəsində 9 nəfər məktəbli həlak olub, 16 nəfər məktəbli xəsarət alıb və 50-dək təhsil müəssisəsinə zərər dəyib.