Ümumi təhsil müəssisələrində koronavirusa (COVID-19) yoluxma halları ilə bağlı son vəziyyət açıqlanıb.
Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, 15 şagirdin və 2 işçinin bədən hərarəti 37 dərəcədən yuxarı olub. Həmçinin 55 şagird, işçi heyətdən isə 21 nəfər koronavirusa yoluxub. Bir sinifdə əyani dərslər bərpa olunub. 10 məktəbdə və 6 sinifdə dərslər təhsilin distant formasına keçirilib.
Xatırladaq ki, respublika üzrə 47 məktəbdə və 65 sinifdə koronavirusa yoluxma hallarına görə distant təhsilə keçid edilib.