“Məktəblərin ənənəvi qaydada davam etməsini istəyiriksə, qoyulan qaydalara əməl edilməlidir”.
YeniAvropa xəbər verir ki, bu bunu təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
“Əgər hansısa ailədə kiminsə qızdırması varsa, şagirdin məktəbə gəlməməsinin tərəfdarıyıq. Distant təhsil paralel davam etdirildiyinə görə, valideynlərin uşaqlarını məktəbə göndərib-göndərməmək seçimini tanıyırıq. Bu seçim valideynlərin öhdəsinə buraxılır. Dərs ilinin başlamasına bir həftə qalmış valideyn məktəbə müraciət edərək hansı günlərdə övladının dərsə getməsini təyin edə bilər. Mütləq deyil ki, hamı eyni gündə dərsə getsin. Valideyn istədiyi gün üçün övladını dərsə göndərə bilər", -deyə nazir sözlərinə əlavə edib.