Borsa İstanbul ilə Bakı Fond Birjası arasında əməkdaşlıq əlaqələri genişləndirilir
Borsa İstanbul ilə Bakı Fond Birjası (BFB) arasında əməkdaşlıq əlaqələri genişləndirilir.
BFB-dən YeniAvropa-ya bildiriblər ki, dekabrın 20-də Bakı Fond Birjası (BFB) idarə heyətinin sədri Vüqar Namazovun ölkəmizdə səfərdə olan Borsa İstanbulun sədri Himmet Karadağı ilə görüşündə mövcud bazar alətlərinin inkişaf etdirilməsi, hər iki qurum arasında təşkil edilən təlim və təcrübə proqramlarının yeni müstəvidə qurulması və gələcəkdə yeni layihələrin həyata keçirilməsi istiqamətində geniş müzakirələr aparılıb.
Borsa İstanbulun sədri Himmet Karadağ BFB-nin açılış zənginin iştirakçısı olub.