logo

İlk iki ayda dövlət büdcəsinin gəlirləri 2,6 milyard manat olub

14:42 17-03-2018 | icon 2779
İlk iki ayda dövlət büdcəsinin gəlirləri 2,6 milyard manat olub

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 2milyard 609,5 milyon manat təşkil edib. 

YeniAvropa xəbər verir  ki, məlumatda qeyd edilib ki, hesabat dövründə dövlət büdcəsinin xərcləri isə 2 milyard 469,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindənisə bildirilib ki, ilk iki ayda büdcənin icrasında 139,9 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,2 faizi qədər profisit yaranıb.