Aİ-nin dəstəyi ilə Yeni Bakı Limanının əməliyyat imkanları genişləndiriləcək
Martın 16-da Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Ələtdə yerləşən yeni Bakı Limanı əməliyyat imkanlarının genişləndirilməsinə Aİ-nin dəstəyi” adlı layihəyə start verilməsi ilə bağlı mərasim keçirilib.
YeniAvropa xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov Bakı Limanının Avropa İttifaqının aparıcı limanları, nəqliyyat və logistika şirkətləri ilə əməkdaşlıq etdiyini və sözügedən layihənin icrası ilə əməkdaşlığın daha da sıx olacağını diqqətə çatdırıb.
Bildirib ki, hazırda Bakı Limanı Belçika, Almaniya, Niderland, Rumıniya, Bolqarıstan, İtaliya və Sloveniya kimi dövlətlərin limanları ilə əməkdaşlıq edir. Avropa İttifaqının dəstəyi ilə reallaşdırılan bu layihə ilə dünyanın ən qabaqcıl təcrübəsini regionumuza gətirmək və mövcud əməliyyat sistemini təkmilləşdirməklə yenilikləri tətbiq etmək niyyətindəyik.
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas vurğulayıb ki, Bakı Limanı Avropa İttifaqının Asiya ilə ticarət zəncirində mühüm yer tutur. “Sevindirici haldır ki, bu ildən etibarən Avropa yükdaşıyıcıları Bakı Limanının müasir informasiya-kommunikasiya sistemləri vasitəsilə onlayn rejimdə yüklərin yerini, üzərlərində aparılan əməliyyat və liman ərazisini tərketmə və qonşu limanlara çatma vaxtını müşahidə edə biləcəklər. Biz Bakı Limanının ən müasir təcrübə və biliklərə yiyələnməsində maraqlıyıq və bu dəstəyimizi davam etdirəcəyik”, - deyə K.Yankauskas vurğulayıb.
Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə və Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov Bakı Limanının fəaliyyətindəki uğurlardan, yükdaşımaların həcminin artmasından və Avropa İttifaqının ölkə iqtisadiyyatının inkişafında göstərdiyi dəstəkdən bəhs edib.
Tədbirdə Aİ tərəfindən layihə rəhbəri Edvin Lok və nəqliyyat və logistika üzrə ekspert Daniel Linot təqdimatla çıxış edib. Eyni zamanda iştirakçılara bu il mayın 8-11-də Bakı şəhərində keçiriləcək Dünya Limanlarının Konfransı haqqında təqdimat videosu nümayiş edilib.
Açılış mərasimində, həmçinin İqtisadiyyat Nazirliyi, Bakıda yerləşən bir sıra səfirliklərin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən donor təşkilatlar, təhsil müəssisələri, dövlət və özəl şirkətlərin təmsilçiləri iştirak edib.
Qeyd edək ki, 2018-2019-cu illəri əhatə edən proqram çərçivəsində Bakı Limanının əməliyyat, menecment, biznes, insan resursları, əməyin və ətraf mühitin qorunması, ictimaiyyətlə əlaqələr sahəsi üzrə təcrübə mübadiləsi keçiriləcək. Ümumilikdə 5 komponentdən ibarət layihədə liman əməkdaşlarının təlimə və səfər təcrübələrinə cəlb olunması nəzərdə tutulub.
11 ölkə "COP29"a ikiillik şəffaflıq hesabatını təqdim edib
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər