"Bakcell”in əməkdaşları “UAFA”nın Xaçmazdakı İcma Əsaslı Reabilitasiya Mərkəzinə səfər ediblər
2010-cu ildən bəri Xaçmazda yerləşən İcma Əsaslı Reabilitasiya Mərkəzində “Bakcell”in dəstək göstərdiyi layihədən 300-ə yaxın uşaq bəhrələnib.
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi ”Bakcell” şirkəti özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir.
Şirkətdən YeniAvropa-ya verilən məlumatda qeyd edilir ki, “İncəsənət vasitəsilə ünsiyyət” layihəsinin yeni mərhələsi “UAFA”nın Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərindəki xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni imkanlar təmin etmək məqsədi daşıyır. Layihə zamanı 80-dən çox uşaq öz maraq və seçimləri əsasında yeni bacarıqlara sahib olmaqla yanaşı, istedadını müxtəlif tədbirlərdə nümayiş etdirmək imkanı əldə edəcəklər.
Mart ayının 15-də “Bakcell” şirkətinin əməkdaşları “UAFA”nın Xaçmazdakı İcma Əsaslı Reabilitasiya Mərkəzinə səfər edib, mərkəzin dərnəklərində iştirak edən uşaqlarla vaxt keçirib, onların hazırladıqları tamaşa və rəqsləri böyük həvəslə izləyib və təşkil edilmiş Novruz şənliklərinə qatılıblar. Uşaqlar da öz növbəsində qonaqlara öz rəqslərini, şəkil və əl işlərini və digər nailiyyətlərini böyük məmnuniyyətlə nümayiş ediblər. “Qızlarımın hər ikisiserebral iflicdir. Heç bir yerə aparmırdım, çünki utanırdılar, heç bir uşaqla ünsiyyət qurmurdular, danışmırdılar. Xaçmaz İƏR mərkəzində“Bakcell”indəstəyilə rəqs dərnəyindən bəhrələnən qızlarım artıq özlərinə yeni dostlar qazanıblar. Ailəlikcə getdiyimiz məclislərdə artıq onlar özlərinə qapanıb oturmur, məhdudiyyətlərinə görə utanmırlar. Qonağı olduqları ailələrin uşaqları ilə sosiallaşır, öyrəndikləri rəqsləri onlarada öyrətməyə can atırlar”,-deyə Nəzrin və Lalə Müslümovaların anası Sevda xanım bildirib.
“Oğlum danışmır. Onu mütəmadi olaraq mərkəzdəki rəsm məşğələsinə gətirirəm. Davud əvvəl necə davranacağını, nə ilə məşğul olacağını bilmirdi. Elə mən də bilmirdim ki, onun boş vaxtını necə doldurum. Ancaq indi o evdə darıxmır, çünki rəngli karandaşları yonur, boyalı kistləri yuyur, müəllimin verdiyi şəklə baxıb rəsm çəkir. Alınmayanda pozub yenidən çəkməyə başlayır. Sakitləşib, özünə inanır. Çəkdiyi şəkilləri qonşulara göstərməyə artıq utanmır”, -deyə Davudun anası Qəmər xanım bildirib.
Qeyd edək ki, “Bakcell” şirkətinin UAFA təşkilatı ilə sıx əməkdaşlığı 2010-cu ildən başlayıb və həmin vaxtdan bu günə qədər olan müddət ərzində “UAFA”nın Gəncə, Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində təşkil edilmiş dram, rəqs, rəsm və yaradıcılıq dərnəklərindən 1000 nəfərdən artıq uşaq bəhrələnib. Həmin dərnəklərdə iştirak edən uşaqlar müxtəlif tədbirlərdə bacarıqlarını böyük həvəslə nümayiş etdirməklə özlərinə və onları alqışla qarşılayan tamaşaçılara böyük sevinc hissi bəxş edirlər. Layihə çərçivəsində təşkil olunan dərnəklər cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir və bu uşaqların cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə kömək edir.
“Bakcell” şirkətinin dəstək verdiyi bu layihə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanlar yaradılması, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə yönəlib.
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib