"Kapital Bank" Novruz bayramı münasibətilə istirahət günləri elan edilən günlərdə müştərilərə xidmət göstərəcək.
Bankdan YeniAvropa-ya bildiriblər ki, martın 22, 23, 24 və 26-da Qara Qarayev, Şuşa, Xəzər, Bakıxanov, Binəqədi, Əhmədli, Suraxanı, Yasamal, Bravo, Bravo 2, Qaradağ, Abşeron, Sumqayıt, Ağcabədi, Bərdə, Gəncə, Kəpəz, Mingəçevir, Lənkəran, Masallı, Qubadlı, Ağdam, Beyləqan, Biləsuvar, Cəlilabad, Füzuli, Goranboy, İmişli, Qəbələ, Quba, Sabirabad, Salyan, Şəki, Şəmkir, Şirvan, Xaçmaz və Yevlax filialları xidmət göstərəcək. Bravo və Bravo 2 filialları, həmçinin martın 20, 21 və 25-də işləyəcək.
"Kapital Bank" xalqımızı Novruz bayramı münasibətilə təbrik edir, cansağlığı, firavan həyat və yeni nailiyyətlər arzu edir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət etmək olar.