logo

İndiyədək 1 milyard manatadək ipoteka krediti verilib

13:59 13-03-2018 | icon 2751
İndiyədək 1 milyard manatadək ipoteka krediti verilib

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Fonddan YeniAvropa-ya  bildiriblər ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək  21 min 780 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 981 milyon 140 min 550 manatdan çoxdur.