logo

“Fitch” “Azərbaycan Beynəlxalq Bankı”nın reytinqlərinə yenidən baxacaq

15:55 20-12-2017 | icon 2289
“Fitch” “Azərbaycan Beynəlxalq Bankı”nın reytinqlərinə yenidən baxacaq

“Fitch” Beynəlxalq Reytinq Agentliyi “Azərbaycan Beynəlxalq Bankı”nın reytinqlərinə yenidən baxacaq.

Bankdan YeniAvropa-ya bildiriblər ki, “Fitch” dekabrın 20-də bankların qiymətləndirilməsi meyarları metodologiyasına etdiyi dəyişikliklərlə əlaqədar olaraq, “Azərbaycan Beynəlxalq Bankı”nın reytinq proqnozlarına yenidən baxılacağını elan edib. Metodologiyada aparılan dəyişikliklərə uyğun olaraq, Fitch 'ccc' reytinq proqnozu səviyyəsinə "+" və "-" modifikatorlarının tətbiqini planlaşdırır. Buna əsasən, ABB-nin hazırda “ccc” səviyyəsində olan dayanıqlılıq reytinq proqnozuna (VR) yenidən baxılması nəzərdə tutulur.

Reytinq proqnozlarının dəyişməsi bankın risk profilinin qiymətləndirilməsindən asılı olaraq 2018-ci ildə elan ediləcək.

Xatırladaq ki, “Azərbaycan Beynəlxalq Bankı”nın öhdəliklərinin könüllü restrukturizasiyası prosesi müvəffəqiyyətlə başa çatdıqdan sonra bankın xarici valyutada uzunmüddətli reytinqi “Fitch” tərəfindən “B-” səviyyəsinə yüksəldilib.