"Həftə sonlarına təyin olunan imtahanlar narıncı zonada yerləşən şəhərlərdə ləğv olunacaq".
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.
"Həmin imtahanların başqa vaxta keçirilməsi haqda qərar qəbul oluna bilər",-deyə TƏBİB rəhbəri bildirib.
Xatırladaq ki, narıncı zonaya Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəran daxildir.