2018-ci ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 445 milyon 751 min manat təşkil edib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, iki ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 118 milyon 453 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 308 milyon 710 min manat, aksizlər üzrə 13 milyon 170 min manat, yol vergisi üzrə isə 5 milyon 417 min manat təşkil edib.