Dekabrın 20-də Bakıda Azərbaycan Kənd Təsərrüfatı üzrə Təlim və İnkişaf Mərkəzinin (“AqroMərkəz”) açılışı olub.
YeniAvropa xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Azər Əmiraslanov təşkilatçıları “AqroMərkəz”in fəaliyyətə başlaması münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Azər Əmiraslanov ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və “AqroMərkəz”in təmsilçiləri iştirak edib.