Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsi ilə kəsişməsinədək olan hissəsində bu gecədən etibarən (martın 9-dan 10-na keçən gecə) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib. Qeyd edilib ki, məhdudlaşma qısa müddətlik tətbiq ediləcək.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məhdudlaşma ilə əlaqədar yarana biləcək narahatlığa görə öncədən vətəndaşlardan üzr istəyir", - deyə məlumatda vurğulanıb.