logo

Tehranda İran-Azərbaycan  hökumətlərarası komissiyanın iclası keçiriləcək

19:37 09-03-2018 | icon 2730
Tehranda İran-Azərbaycan  hökumətlərarası komissiyanın iclası keçiriləcək

İqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 12-14 mart tarixlərində İranda səfərdə olacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Tehrana səfəri çərçivəsində nazir Şahin Mustafayev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında iştirak etməklə yanaşı,  İran rəsmiləri ilə bir sıra digər görüşlərdə də iştirak edəcək. Görüşlərdə  ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair məsələlər müzakirə ediləcək.