2018-ci ilin yanvar-fevral aylarında Azərbaycandan 3 milyon 648 min 802 ton xam neft ixrac edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Məlumatda qeyd edilir ki, ilin ilk iki ayında ixrac edilən xam neftin dəyəri isə 1 milyard 827 milyon 303 min ABŞ dolları təşkil edib.