Azərbaycanda ilk dəfə olaraq göldə nərə balığı yetişdirilib
Göyçay rayonundakı Yekəxana gölündə yaradılan balıqçılıq təsərrüfatının qeyri-adi formada balıq yetişdirmə üsulu hamının marağına səbəb olub. Xarici təcrübə əsasında Azərbaycanda ilk dəfə olaraq qiymətli nərə balığının bu göldə quraşdırılan səbətlərdə yetişdirilməsi təcrübəsi müsbət nəticə verib.
Göldə təbii yolla yetişdirilən və hazırda birinin çəkisi 3 kiloqramdan çox olan on minlərlə nərə balığı yaxın vaxtda satışa çıxarılacaq. Balıqlar xarici ölkələrdən gətirilən və yerli istehsal olan vitaminlərlə zəngin yemlə bəslənilir. Nərə və farel balıqlarının yetişdirilməsi üçün gölün ortasında hər biri 25 kvadratmetr olan 100 ədəd səbət qurulub. Hər səbətdə 4500-ə yaxın balıq bəslənilir.
YeniAvropa xəbər verir ki, bu haqda “Kənd” MMC adlı balıqçılıq təsərrüfatının icraçı direktoru Asif İsmayılov bildirib. Onun sözlərinə görə, dünya bazarında yüksək valyutaya satılan və nəsli kəsilmək üzrə olan nərə balığının ölkəmizdə sayının artırılması üçün tədbirlər görülür. Göyçaydakı balıqçılıq təsərrüfatı bu il 120 ton nərə balığı və 2 ton qara kürü istehsal etməyi qarşıya məqsəd qoyub. Burada yetışdirilən nərə balığı yerli bazara çıxarılmaqla yanaşı, xarici ölkələrə də ixrac ediləcək.
Qeyd edək ki, ümumi ərazisi 360 hektar olan Yekəxana gölündə nərə və farellə yanaşı belamur, enlialın, sazan balıqları da yetişdirilir. Bir çox balıqçılıq təsərrüfatlarında süni hovuzların suyunun tez-tez dəyişdirilməsi vacib olsa da, Yekəxana gölündə buna ehtiyac yoxdur. Çünki gölün suyu zəngin tərkibə malikdir və təbii şəkildə axar su yolları ilə təmizlənir. Hovuzda bəslənilən balıqlara təkcə süni yemlər verildiyi halda, göldəki balıqlar həm də təbii yolla, yəni sudakı xırda canlılar və kiçik balıqlarla qidalanır.
BMT-nin baş katibi "G20" ölkələrini "COP29"u dəstəkləməyə çağırıb
11 ölkə "COP29"a ikiillik şəffaflıq hesabatını təqdim edib
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı