Məktəblərin açılması məsələsi epidemioloji vəziyyətdən asılıdır.
YeniAvropa xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə səhiyyə nazirinin müavini Viktor Qasımov səsləndirib.
Onun sözlərinə görə, Operativ Qərargahın qaydaların yumşaldılması ilə bağlı qərarlarından asılı olaraq bu məsələyə də baxılacaq. Kurslara gəldikdə isə, qrup halında məşğələlərdə 10 nəfərdən çox şəxs olmamalıdır.