Martın 1-nə Azərbaycanda pul bazası 9 milyard 180,6 milyon manat təşkil edib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumatda qeyd edilib ki, bu, fevralın 1-i ilə müqayisədə 419 milyon manat çoxdur. Son bir ildə ölkədə pul bazası 2 milyard 193,6 milyon manat artıb.