DİM IX sinif buraxılış imtahanının nəticələri ilə bağlı komissiya yaradıb
IX sinif şagirdləri üçün buraxılış imtahanının 2020-ci il martın 1-də keçirilmiş birinci mərhələsinin nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbuluna başlanılıb.
Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya bildirilib ki, apellyasiya komissiyasına müraciət etməz əvvəl şagirdlər Mərkəzin saytında imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən illərin təcrübəsi göstərir ki, ümumiyyətlə, tapşırığa cavab verməyənlər və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmayanlar da komissiyaya müraciət edirlər.
Bundan əlavə, Dövlət İmtahan Mərkəzinin saytında imtahanda istifadə olunmuş sual kitabçaları, test tapşırıqlarının izahı da yerləşdirilib. İmtahan iştirakçılarına, həmçinin valideynlər, müəllimlər, ekspertlərə test tapşırıqları və onların izahı ilə tanış olmağı tövsiyə edilir.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər aprelin 20-22-də apelyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiqləyən sənədin nömrəsindən istifadə etməklə sistemə daxil olurlar. Burada “Ev telefonu”, “Mobil telefon”, “E-mail” bölmələrində müvafiq məlumatlar qeyd edilir. “Apelyasiyanın nəticələrinin izahını necə əldə etmək istəyirəm” hissəsində təklif olunan variantlardan biri seçilir. Şagirdin imtahanla bağlı hər hansı xüsusi bir qeydi varsa, “ümumi qeyd” hissəsinə yaza bilər.
Daha sonra şagird hər hansı tapşırığa verdiyi cavabın (və ya həllin) qiymətləndirilməsi ilə razı deyilsə, həmin tapşırığın nömrəsini və iradının mahiyyətini aydın şəkildə müvafiq sahələrə daxil edib qarşısındakı “Yadda saxla” şəkil-düyməsinə basmalıdır. Şagirdin digər tapşırıqlara verdiyi cavabların da qiymətlərdirilməsi ilə bağlı iradları varsa, əməliyyatı təkrar etməlidir. Müraciətləri tam formalaşdırandan sonra (müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur) fotoşəklin altındakı “Qeydiyyata al” düyməsinə basmaq lazımdır. Verilən məlumatı diqqətlə oxuduqdan sonra “Təsdiq et” düyməsini basmaqla müraciət yekunlaşdırılmış olur. Müraciətlə bağlı araşdırma başa çatdıqdan sonra ərizədə qeyd edilən elektron poçt ünvanına və ya telefon nömrəsinə şagirdlə bağlantının vaxtı barədə məlumat göndəriləcək.
Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagirdlə yanaşı, valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Müraciətlərə aprelin 27-dən etibarən baxılmağa başlanılacaq.
Yasamalda 17 mərtəbəli binada yanğın:Sakinlər təxliyə edildi
Azərbaycan II Beynəlxalq Xəzər Rəqəmsal Forumunda təmsil olunur
"COP29":Noyabrın 9-dan Yaşıl Zonaya ödənişsiz biletləri onlayn almaq mümkün olacaq
Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət naziri ilə regional məsələləri müzakirə edib
İlham Əliyev bir qrup kənd təsərrüfatı işçisini orden və medallatla təltif edib
Noyabrın ilk günləri ölkə ərazisində yağmursuz keçəcək
Azərbaycan idmançıları Gimnaziadada 81 medal qazanıblar
Zakir Həsənov “Mərakeş Aviaşou-2024”ün açılış mərasimində iştirak edib
Paytaxtda avtomobillərdən kütləvi oğurluq edən şəxslər saxlanılıb
Qazaxıstan "COP29"da ilk dəfə öz pavilyonunu təqdim edəcək
Salyanda kombayn ilə "Mercedes” toqquşub:4 nəfər xəstəxanaya yerləşdirib
“General Hospital”ın vəzifəli şəxslərinə cinayət işi açılıb
Sabah Bakıda 20° isti olacaq
Fəridə Əzizova Azərbaycan taekvondo millisində baş məşqçi oldu
Azərbaycanın axtarışa verdiyi şəxs Astana aeroportunda saxlanılıb
"İnterpol"la axtarılan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
3 ildə Rusiyadan Bakı metrosu üçün 65 vaqonlu 13 qatar gətiriləcək
İlham Əliyev 4 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Xaçmazda "Jiquli" süpürgəçi qadını vuraraq öldürüb
İlham Əliyev yeni nəsil metro qatarları ilə tanış olub
Azərbaycanın qadın boksçusu tarixi nəticəyə imza atıb
İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub
Azərbaycan nefti 73,66 dollara satılır
Ankarada TDT ölkələrində sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib