Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
YeniAvropa AMB-yə istinadla xəbər verir ki, martın 1-nə AMB-in valyuta ehtiyatları 5 milyard 387,3 milyon dollar olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,018 milyon dollar çoxdur. Fevral ayında Mərkəzi Bankın valyuta ehtiyatları 6,1 milyon dollar artıb.